Türk polisi dolları lirəyə dəyişmək üçün növbəyə düzüldü - FOTO


15:54     18 Avqust 2018 18_08_18_1534578634.jpg

Türkiyədə polislər ABŞ-a etiraz əlaməti olaraq, öz dollarlarını lirəyə dəyişirlər.


Femida.az bildirir ki, bu barədə Cumhuriyet agentliyi məlumat yayıb.

Bildirilir ki, Cizre şəhərinin polisləri ehtiyat kimi topladıqları dollarlarını lirəyə dəyişirlər. Nəticədə mübadilə məntəqələrindən birinin qarşısında böyük növbələr yaranıb.

Cizre polisindən bildiriblər ki, bu addımı atmaqla onlar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın əllərində olan dollarları lirəyə dəyişmək və beləliklə ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına etiraz etmək çağırışını dəstəkləyirlər.

Açar sözlər: #Türkiyə  

Oxunub: 256