ADTGT daha bir sosial layihəni başa çatdırdı

ADTGT daha bir sosial layihəni başa çatdırdı

15:52     18 Avqust 2018 2018/08/1489575826_adtgt_loqo_1534578960.jpg


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) erkən nikahlarla mübarizə istiqamətində layihəsini sosial çarxların hazırlanması və təqdimatı ilə başa çatdırdı



ADTGT ictimai əlaqələr və informasiya departamentindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” adlı layihənin icrası başa çatıb.

Geniş maarifləndirmə, interaktiv sosial fəaliyyətlər, çap məhsullarının hazırlanması və yayımı, foks qruplarına yönəlik sosial çarxların çəkilişi və PR xarakterli aksiyalarla həyata keçirilən layihə Beyləqan, Masallı, Qobustan və Şabran rayonlarını əhatə etmişdir. Cari ilin aprelin 20-dən start götürən və 4 (dörd) ay davam edən layihə fəaliyyət çərçivəsində ilk olaraq yuxarıda qeyd olunan regionlarda erkən nikahların real vəziyyətinə və obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğular aparılmış, gənc könüllü fəalların iştirakı ilə interaktiv sosial aksiyalar təşkil olunmuş, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, gənclər-idman, ədliyyə, hüquq-mühafizə orqanları və fəal ictimaiyyət nümayəndələrinin, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati, qınaq xarakterli seminarlar keçirilmiş, mövcud auditoriyaya təsir edən 2 (iki) sosial çarx çəkilmiş və sosial şəbəkələrdə, KİV və sosial mediada mövzu ətrafında xüsusi PR kampaniyasıı aparılmış və virtual ictimai debatlar və hüquqi məsləhətlər təşkil olunmuşdur.

Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olunduğu “Erkən nikahlar: maarifləndirmə və ictimai qınaq” adlı kitabça nəşr olunmuş və onun yayıımı da həyata keçirilmişdir. Layihə işlərinin son fəaliyyəti olaraq bu ilin avqustun 17-də Bakı QHT Resurs və Təlim Mərkəzində təşkilat tərəfindən hazrlanmış, erkən nikahlar və onlarla mübarizəyə səsləyən 2 (iki) sosial çarxın ictimai təqdimatı keçirilmişdir. QHT rəhbərlərinin, ekspertlərin, KİV təmsilçilərinin və digər dəvət olunmuş qonaqların iştirakı ilə keçirilən təqdimatda hər 2 sosial çarx, onların süjet xətti müsbət qiymətləndirilmiş və ADTGT-nin layihə fəaliyəti yüksək təqdir olunmuşdur. Layihə fəaliyyətinin bütün mərhələlərində əldə olunan nəticələr və bu sahədə mövcud problemin həllinə yönəlik təkliflər paket olaraq tərtib olunmuş və yaxın günlərdə müvafiq dövlət qurumlarına təqdim olunacaqdır. Layihənin məqsədi regionlarda yeniyetmə qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaq idi.

Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaq idi.

Femida.az

Açar sözlər:

Oxunub: 6