Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi – VİDEO


16:07     18 Avqust 2018 2018/08/677569_1534580105.jpg

Kafedə həmyerlilərin mübahisəsi ağır cinayətlə başa çatıb.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən kafedə qəsəbə sakini əvvəllər məhkum edilmiş Etibar Qəhrəmanov münaqişə zamanı həmyerlisi əvvəllər məhkum olunmuş Orucəli Xanızadəni bıçaqla qətlə yetirib.

Xəzər Rayon Polis İdarəsi 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Qəhrəmanov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Etibar bildirib ki, Orucəli Xanızadəni kafedə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə vurub.

"Başladı içəridən danışmağa. Dedim ki, başqa şeydən danış, içərini sən də görmüsən, mən də görmüşəm. Elə danışırsan elə bil avropadan istirahətdən gəlmisən. İşdən-gücdən danış. Ondan sonra təhqirə keçdi. Özü də bədbəxt oldu, məni də bədbəxt edib getdi. 10-15 il ölü kimi bir şeydir. Mənim üçün böyük səhvdir", - saxlanılan şəxs Etibar Qəhrəmanov deyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanan cinayət üzrə araşdırmalar davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 427