Porno saytların bloklanması VPN-ə tələbatı kəskin artırdı


16:15     18 Avqust 2018 18_08_18_1534580161.jpg


VPN – Virtual Private Network (Virtual Gizli Şəbəkə) internetə başqa bir IP ünvanından qoşulmağınızı yerinə yetirən xidmətdir.

Son günlər bu xidmət ölkəmizdə daha çox istifadə olunmağa başlayıb.

Sözügedən proqramlara tələbat o qədər artıb ki, VPN proqramları “İOS” əməliyyat sistemini dəstəkləyən smartfonlarda “Instagram” və “Whatsapp”dan sonra ən çox yüklənən tətbiqlər sırasında birincidir.

Analoji hal “Android” əməliyyat sistemini dəstəkləyən smartfonlar üçün də keçərlidir. Belə ki, “Play Store”da ən çox yüklənən ilk 11 proqram məhz VPN xidməti göstərən proqramlardır.

Qeyd edək ki, VPN xidmətlərdən dünyada 116 milyondan çox insan istifadə edir. VPN xidməti bloklanmış saytlara başqa ölkənin İP ünvanına qoşularaq daxil olmağa imkan verir. / oxu.az





Femida.az

Açar sözlər: #porno   #sayt   #video   #VPN  

Oxunub: 1251