Tramp xüsusi muzdlu ordu yaradır

Tramp xüsusi muzdlu ordu yaradır


17:06     18 Avqust 2018 18_08_18_1534583221.jpg

ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı amerikalı hərbçiləri xüsusi muzdlu orduya dəyişə bilər.


AzVision.az bildirir ki, bu barədə “NBC News” telekanalı ABŞ administrasiyasının keçmiş və hazırkı yüksək vəzifəli şəxslərindən əldə etdiyi məlumatlara istinadən xəbər yayıb.
Məlumata əsasən, Tramp “Blackwater” xüsusi hərbi şirkətinin təsisçisi Erik Prinsin Əfqanıstandakı müharibəni “özəlləşdirmək” barədə təklifinə yenidən maraq göstərib. Bu təklif Əfqanıstana göndərilən ABŞ qoşunlarının pulla tutulan muzdlularla əvəzlənməsini nəzərdə tutur. Qeyd olunur ki, yaradılacaq muzdlu ordu yalnız birbaşa ABŞ prezidenti qarşısında cavabdehlik daşıyacaq və ona tabe olacaq.

“ABŞ prezidentinin köməkçiləri narahatdırlar ki, Əfqanıstandakı münaqişəyə münasibətdə səbirsizlik göstərən Tramp Prinspin təklifini ciddi şəkildə nəzərdən keçirərək yenidən dəyərləndirəcək, yaxud da Amerika qoşunlarının Əfqanıstandan çıxarılması barədə qəfil əmr verəcək”, – deyə telekanala mənbə bildirib.

Erik Prins də “NBC News” telekanalına müsahibə verib. O bəyan edib ki, Trampın köməkçiləri ABŞ-ın Əfqanıstandan çəkilməməsi üçün sülhün yaxın olduğunu deyərək, Əfqanıstanın “daha rəngarəng və işıqlı mənzərəsini” çəkməyə çalışırlar.

Açar sözlər:

Oxunub: 21