36 nəfər saxlanıldı- DİN MƏLUMAT YAYDI
17:19 18 Avqust 2018
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Oxunub: 275
Oxşar xəbərlər
- 36 cinayətin üstü “isti izlər”lə açılıb
- 36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
- 36 ailənin övladlığa uşaq götürməsinə icazə verildi
- 36 yaşlı qadın faciəvi şəkildə ölüb
- 36 yaşlı Gəncə sakini narkotiklə tutuldu
- 36 yaşlı gənc Gürcüstanın baş naziri oldu
- 36 min şagird üçün buraxılış imtahanı keçirildi
- 36 mindən çox şagird buraxılış imtahanı verir
- 36 mindən çox şagird imtahan verir