Şəkidə küçədən kişi meyiti tapıldı

Şəkidə küçədən kişi meyiti tapıldı

17:42     18 Avqust 2018 publika.az1440574962Meyit.jpg


Şəki şəhərində küçədən kişi meyiti tapılıb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhərində naməlum kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki şəhər şöbəsinə təhvil verilib. Daha sonra məlum olub ki, ölən şəxs 1981-ci il təvəllüdlü Fuad Vaqif oğlu Babayevdir. Onun hansı şəraitdə ölməsi tibbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: Şəki   meyit  

Oxunub: 2