Əli Əhmədov AKP-nin qurultayında

Əli Əhmədov AKP-nin qurultayında

17:50     18 Avqust 2018 2018/08/ali_ahmadov09124_1534585995.jpg

Hazırda Ankarada AKP-nin VI Konqresi keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi söyləyib. Ərdoğanın əsas çıxışında önəmli mesajlar verəcəyi gözlənilir.


Femida.az xəbər verir ki, 52 xarici dövlətdən nüfuzlu qonaqların iştirak etdiyi ali tədbirdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Türkiyədəki mənbələrdən dəqiqləşdirdiyimiz məlumata görə, heyətə Milli Məclisin üzvləri Əhliman Əmiraslanov və Eldar İbrahimov daxildir.

Konqresin keçirildiyi salonda dəvət olunan qonaqlarla bağlı məlumatlar verilərkən ən sürəkli alqışı Azərbaycan nümayəndə heyəti alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5