Gömrükdən qanunsuz dərman keçirmək istəyənlər saxlanıldı


20:56     18 Avqust 2018 derman-1-tibfjfj.jpg


Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Bu barədə Femida.az-a DGK-dan məlumat verilib.

Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi "VOLVO" markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 104 adda 10110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3000 ədəd "Eren" markalı müayinə masa ortüyü, 700 ədəd "Beybi Care" markalı yataq qoruyucu örtüyü, 554400 ədəd "TentyFlex" markalı cərrahi əlcəyi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: dərman  

Oxunub: 308