Kofi Annan vəfat etdi
18:05 18 Avqust 2018
BMT-nin keçmiş baş katibi Kofi Annan İsveçrədə vəfat edib.
Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri məlumat veriblər.
Qeyd edək ki, Kofi Annan Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsini 1997-ci ildən tutmuşdu. O, 10 il bu vəzifədə çalışıb. 2001-ci ildə Nobel Sülh Mükafatının sahibi olub.
Femida.az
Oxunub: 333