1 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
22:39 18 Avqust 2018

Bakının Xətai rayonunda ölümlə nəticələnən qəza törədən sürücü həbs edilib.
Femida.az bildirir ki,bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən məlumata görə, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus "Mercedes Benz E 220" markalı 99-FN-212 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilmişdir.
E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 94
Oxşar xəbərlər
- 10 və 200 manatlıq pulları ödəmə terminalları niyə götürmür?
- 11-ci sinif şagirdi olan qız itkin düşdü
- 15 yaşlı qız özünü dənizə atdı - Polis xilas etdi
- 10 İran vətəndaşı Azərbaycandan deportasiya edilib
- 17 yaşlı gənci avtomobil vurub
- 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
- 1 nəfər ölüb, 37 nəfər yaralanıb
- 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub
- 1607 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
- 1 milyon 337 min manat borcunu ödədi - Məhkəmədə