Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
23:05 18 Avqust 2018
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uzadıla bilər.
Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.
Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb.
Səfir qeyd edib ki, Türkmənistan bu marşrutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər:
"Bakı-Tbilisi-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 milyard kubmetr qiymətləndirilir".
Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.
Femida.az
Oxunub: 279
Oxşar xəbərlər
- Türkmənistan Prezidenti: "Biz qardaş ölkələrik, qonşularıq"
- Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul olunub
- Türkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya edib
- Türkmənistan prezidentindən koronavirusla bağlı xüsusi tapşırıq
- Türkmənistandan Bakıya gələn qadın gəmidə öldü
- Türkmənistan Məclisinin Sədri Azərbaycana gəlib
- Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
- Türkmənistan Prezidenti Bakıya gəlib
- Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
- Türkmənistanın Rusiyadakı səfirliyi prezidentin ölüm xəbərini təkzib edib