Səfər Mehdiyev gömrük postlarını yoxladı - FOTO

Səfər Mehdiyev gömrük postlarını yoxladı - FOTO


23:25     18 Avqust 2018 2018/08/BF452ADD-4F3D-4479-8BC8-2A3ECB252844_1534605194.jpeg

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Bu barədə Femida.az-a komitədən məlumat verilib. Bildirilib ki, S.Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb.

Bildirilib ki, idarədə yaradılan lazımi şərait nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.



Həmin gün Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postuna gələn DGK sədri, burada gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülən tədbirlərin səmərəliyi barədə DGK sədrinə məlumat verilib.

Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Femida.az

Açar sözlər:

Oxunub: 33