Bakı-Tbilisi-Qars layihəsinə daha bir ölkə qoşula bilər
00:42 19 Avqust 2018
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uzadıla bilər.
Bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib. Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb.
Səfir qeyd edib ki, Türkmənistan bu marşrutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər:
"Bakı-Tbilisi-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 milyard kubmetr qiymətləndirilir".
Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür. (Trend)
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb
- İlin sonuna qədər BTQ-ilə 20 min ton yük göndərilməsi gözlənilir
- BTQ ilə nə qədər yük daşınıb? - AÇIQLANDI
- Bakı-Qars dəmiryolu vasitəsi ilə daha bir böyükhəcmli daşıma başladı
- Cavid Qurbanov: “Azərbaycan BTQ ilə sərnişindaşımaya hazırdır”
- BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb
- "Son illərdə xeyli uğurlar əldə etmişik" - Elmar Məmmədyarov
- BTQ-nin Gürcüstan hissəsinin tikintisi yekunlaşır
- BTQ layihəsi dünya mediasında
- BTQ dəmiryolunda oğurluq