"Qarabağ" yeni mövsümə qələbə ilə başlayıb
01:58 19 Avqust 2018
Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.
Femida.az xəbər verir ki, Ağdam klubu II turun açılış oyununda "Səbail"i məğlub edib - 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.
Qeyd edək, "Qarabağ" avqustun 10-da I tur çərçivəsində "Zirə"ni qəbul etməli idi. Lakin həmin görüş Ağdam komandasının Çempionlar Liqasında Belarus BATE-si ilə oyunlarına görə sentyabrın 26-a təxirə salınıb. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "köhlən atlar" Avropa Liqasının pley-offunda Moldovanın "Şerif" kollektivi ilə qarşılaşacaq.
Oxunub: 269
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək