Lənkəranda bədbəxt hadisə - Dəryaz can aldı

Lənkəranda bədbəxt hadisə - Dəryaz can aldı

16:05     19 Avqust 2018 2018/08/F58FD9CB-7402-455D-B595-F2C612FC55F7_1534666023.jpeg

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Femida.az Report-a istinadən xəbər verir ki, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4