Azərbaycanda ailələr nə qədər qazanır? - Statistika

Azərbaycanda ailələr nə qədər qazanır? - Statistika


18:34     19 Avqust 2018 manat_qazanc.jpg

Dövlət Statistika Komitəsi 2017-ci il üçün ailələrin büdcəsi haqqında məlumatları açıqlayıb.


Sənədə görə, Azərbaycanın çox kasıb və varlı vətəndaşları arasında fərq cəmi üç dəfədir. Ötən il ən aşağı gəlir səviyyəsi olan ailələrin gəlirləri bir nəfərə ayda 160,4 manat (94 dollar) təşkil edib. Eyni zamanda, ölkədə yoxsulluq səviyyəsi 165 manat 70 qəpik qiymətləndirilir. Ailələrin 60%-nin aylıq gəlirləri ailənin hər bir üzvü üçün 190-275 manat arasında dəyişir. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin səkkizinci desilinin bir nəfərə düşən ayda gəliri 302,9 manat, doqquzuncu desilinin gəliri 346,8 manat olub. Ən varlı ailələrin ailə üzvü ayda 486,9 manat (286,4 dollar) qazanır.

Femida.az

Açar sözlər: #statistika  

Oxunub: 25