Gəncə hadisələrində şəhid olan polislərin 40 mərasimi keçirilib

Gəncə hadisələrində şəhid olan polislərin 40 mərasimi keçirilib


20:03     19 Avqust 2018 18_08_19_1534679232.jpg

Bu gün 10 iyul Gəncə iğtişaşlarında şəhid olan polislərimizin 40 mərasimidir. Bu münasibətlə Gəncə ictimaiyyəti və polislərin yaxınları toplaşıb, onların qəbirlərini ziyarət ediblər.

Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.

Qeyd: Fotoları Facebookda Əvəz Zeynallı paylaşıb.

Femida.az

Açar sözlər: Gəncə  

Oxunub: 32