Çimərliklərə gedənlərə müraciət - Ehtiyatlı olun!


21:25     19 Avqust 2018 bu%20cimerliklerde.PNG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çimərliyə getmək istəyənləri ehtiyatlı olmağa çağırıb.
Femida.az nazirliyə istinadən xəbər verir ki, sabah Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 209