YPG Suriyada namizədləri girov götürdü

YPG Suriyada namizədləri girov götürdü


22:45     19 Avqust 2018 18_08_19_1534688770.jpg

YPG terror təşkilatı Suriyada gələn ay keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürən ərəbləri girov götürüb, axar.az məlumat verir.

Femida.az bildirir ki, girov götürülənlər Əsəd hakimiyyətinə yaxınlığı ilə bilinən, amma müstəqil olaraq namizədliyini irəli sürən 17 ərəb olub.

YPG terrorçuları namizədləri Cavadiyyə rayonundakı evlərinə basqın edərək, girov götürüb.

Qeyd edək ki, Suriya hökuməti vətəndaş müharibəsindən bəri ilk dəfə sentyabrın 16-da ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyini elan etmişdi.

Açar sözlər:

Oxunub: 32