Zərdabda çobanlar “Jeep”lə qəzaya düşdülər - 3 yaralı

Zərdabda çobanlar “Jeep”lə qəzaya düşdülər - 3 yaralı


00:55     20 Avqust 2018 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib3.jpg

Zərdab şəhərinin girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın “Report”a istinadən məlumatına görə, yüksək sürətlə hərəkətdə olan “Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə maşında olan 3 nəfər xəsarət alıb. Onlardan birinə yerindəcə tibbi yardım göstərilib. Vəziyyətləri ağır olan iki nəfər - 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Paşazadə Toğrul Xalid oğlu və onun həmyerlisi Kazımov Ümid Şəmil oğlu Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Toğrul Paşazadənin vəziyyəti ağır olduğu üçün az sonra təcili paytaxtın tibb müəssisələrindən birinə yola salınıb. Əldə edilən məlumata görə, o, kəllə-beyin travması alıb, kəllə-beyin sümükləri sınıb və daxili qanaxma yaşayıb.
Qəzaya düşmüş şəxslər Zərdab rayonunda yerləşən fermalardan birinin çobanlarıdır.

Açar sözlər:

Oxunub: 54