Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu


13:23     20 Avqust 2018 18_08_20_1534742760.jpg

ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.


Femida.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.

Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib.

Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.

Açar sözlər: #ABŞ   #Türkiyə  

Oxunub: 254