Ödənişli əsgərlik üçün 357 min kişi müraciət edib


13:33     20 Avqust 2018 18_08_20_1534743251.jpg


Türkiyədə ödənişli əsgərlik üçün avqustun 17-dək 357 min 350 çağırışçı müraciət edib.

61 min 843 nəfərin müraciətinə müsbət cavab verilib.

Sentyabrın 15-də bu çağırışçılardan 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin ödənişli əsgərliklə bağlı qəbul etdiyi qanun iyulun 25-də qüvvəyə minib. Qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

Femida.az

Açar sözlər: #Türkiyə   #əsgər   #ordu  

Oxunub: 92