“Bir neçə ilə İsraildə baş naziri Məhəmməd çağıracaqlar” -Tramp


15:27     20 Avqust 2018 tramp4.jpg

“Vahid dövlətin yaradılması yolu ilə Fələstin-İsrail münaqişəsinin həlli ona gətirib çıxara bilər ki, bir neçə il sonra İsraildə baş naziri Məhəmməd çağıracaqlar”.



Femida.az xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp iyunda İordaniya Kralı II Abdullahla görüşdə deyib.

“Axios” portalı yazır ki, avqustun 2-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian İordaniyaya baş çəkib. O,II Abdullahla görüşdə Trampla kralın görüşünü müzakirə edib.

Kralın sözlərinə görə, o Trampa bildirib ki, gənc fələstinlilər israillilərlə bir dövlətdə yaşamağı və bərabər hüquqlara malik olmağı üstün tutardılar.

“Nəticə bu olacaq ki, İsrail öz yəhudi xarakterini itirəcək “, - mənbələr kralın sözlərini sitat gətirirlər.

“Sizin danışdığınız o anlama gəlir ki, vahid dövlət ssenarisi halında İsraildə bir neçə il sonra baş naziri Məhəmməd çağıracaqlar”, - Tramp istehzalı cavab verib.

Portalın yazdığına görə, görüşün gedişatında Tramp həmçinin bildirib ki, Yaxın Şərqdə sülhə sadiq qalır. O qeyd edib ki, əgər onun administrasiyası İsrail və Fələstin arasında sazişə nail olmağı bacarmasa, onda buna ABŞ administrasiyalarından heç biri müvəffəq olmayacaq.

Açar sözlər:

Oxunub: 289