Qusarda əməliyyat - Saxlanılanlar var


15:46     20 Avqust 2018 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Qusarda evdən oğurluq edən şəxslər saxlanılıb.


Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıb.

Açar sözlər: #həbs  

Oxunub: 666