Tarif Şurasından Aİ 92 benzinlə bağlı - RƏSMİ AÇIQLAMA

Tarif Şurasından Aİ 92 benzinlə bağlı - RƏSMİ AÇIQLAMA


18:18     20 Avqust 2018 benzin8.jpg


Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.

Femida.az xəbər veri ki, Tarif Şurası Yenicag.az saytına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.”

Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Femida.az

Açar sözlər: benzin  

Oxunub: 35