Rusiya və Azərbaycan iri sənədlər zərfi imzalayacaq - Səfir açıqladı


19:33     20 Avqust 2018 18_08_20_1534764360.jpg

Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır.


Femida.az -ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, zərfə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq:

“Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artacağına ümid edirik”.

M.Boçarnikovun sözlərinə görə, tərəflər, həmçinin sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir:

“Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmağımıza şərait yaradacaq”.

Diplomat əlavə edib ki, son zamalarda iki ölkənin biznes şuralarının işi fəallaşıb:

“Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək”.

Açar sözlər: #Azərbaycan   #Rusiya  

Oxunub: 211