Putin əmr verdi - Ordunun döyüş hazırlığı yoxlanılır
22:42 20 Avqust 2018
Rusiya prezidenti Vladimir Putinin əmri ilə rus ordusunun Mərkəzi və Şərqi hərbi dairələrindəki qoşun bölmələrinin, hərbi hava-desant qüvvələrinin, Uzaq və Hərbi-Nəqliyyat aviasiyasının döyüşə hazırlığı ilə bağlı irimiqyaslı qəfil yoxlanış başlanıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 16 xüsusi təlimlər kompleksindən ibarət yoxlanışın “Şərq-2018” irimiqyaslı hərbi təlimlər ərəfəsində keçirildiyini bildirib.
“Yoxlama avqustun 20-dən 25-dən keçirilsin. Qoşunların və silahlı qüvvələrin davamlı və dayanıqlı idarəetməsinin təşkilinə və dəstəyinə xüsusi diqqət yetirəcəyəm”, - deyə Şoyqu bəyan edib.
Nazir vurğulayıb ki, aviahazırlıq və ərazinin müdafiə edilməsi üzrə tapşırıqların yerinə yetirilməsinin yoxlanılması üçün təlimlərə hərbi komissarlıqlar da cəlb olunacaq.
Şoyqu qoşunlarının fəaliyyətini üç işçi qrupun qiymətləndirəcəyini bildirib: onlardan ikisi Şərqi və Mərkəzi dairələrin hərbi idarəçilik orqanlarını yoxlayacaq, üçüncü qrup isə qoşunların çevik səfərbərlik qabiliyyətini öyrənəcək. Yoxlamanın nəticələri rus qoşun birləşmələrinin Çin və Monqolustan ordusunun da iştirak edəcəkləri irimiqyaslı “Şərq-2018” hərbi təlimlərinə hazırlığının qiymətləndirilməsi zamanı nəzərə alınacaq.
Oxunub: 202
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"