Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına - Reaksiya


20:12     20 Avqust 2018 18_08_20_1534766715.jpg

Türkiyə ABŞ-ın Ankaradakı səfirliyinə edilən silahlı hücumu qınayıb.


Femida.az xəbər verir ki, prezidentin sözçüsü İbrahin Kalın bu barədə tvitter hesabında yazıb. Onun sözlərinə görə, bu hücum açıq şəkildə ölkədə xaos yaratmaq cəhdidir:

“Türkiyə etibarlı ölkədir və bütün əcnəbi missiyalar qanunların təminatı altındadır. Hadisə araşdırılır və ən qısa vaxtda aydınlıq gətiriləcək”.

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. Ölən və yaralanan olmayıb.

Açar sözlər:

Oxunub: 236