Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb


20:15     20 Avqust 2018 18_08_20_1534766888.jpg

Ağdaşda 17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.


Femida.az -ın məlumatına görə, Ağdaş rayon Hüşün kənd sakini 2001-ci il təvəllüdlü Məmmədov İspəndiyar Vüqar oğlu avqustun 19-da saat 21:00 radələrində kəndin ərazisindən keçən 10 kilovatlıq elektrik cərəyanı xəttinin qırılıb sallanmış naqilinə toxunarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 39