Ərdoğan: Türk millətini əsir almaq istəyirlər


20:32     20 Avqust 2018 erdogan3_0_0.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqa müraciət edib.

Femida.az bildirir ki, oxu.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident xalqı təbrik edib.

O, son günlərin ən aktual mövzusu olan dolların yüksəlişinə də münasibət bildirib.

"15 iyulda keçmişdən gələcəyə qurduğumuz körpünü və coğrafiyamızdakı min illik varlığımızı canımız bahasına qorumaq qərarlılığımızı bir daha göstərdik.

İqtisadiyyatımıza yönəlmiş hücumun birbaşa azanımıza və bayrağımıza yönəlmiş hücumdan heç bir fərqi yoxdur. Məqsəd eynidir. Məqsəd Türkiyəni və türk millətini sındırmaq, əsir almaqdır. Biz boynumuza boyunduruq vurulmaqdansa, boynunun vurulmasını üstün tutan millətik.

Terror təşkilatları ilə, içimizdəki xəyanətkarlarla, min bir hiylə ilə çökdürə bilmədikləri Türkiyəni valyuta kursları ilə məğlub edəcəyini sananlar yanıldıqlarını çox yaxında görəcəklər. Ölkəmiz bunun öhdəsindən gələcək gücə, imkana, dəyanətə sahibdir", - Ərdoğan bildirib.



Femida.az

Açar sözlər: Ərdoğan  

Oxunub: 440