“Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır” - Millət vəkili


21:25     20 Avqust 2018 18_08_20_1534771596.jpg


Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiymətində dəyişiklik olub. Yeni qiymətə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.


Femida.az xəbər verir ki, qiymət artımı ilə bağlı bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yeni qiymət artımı əhalinin bir hissəsinin sosial vəziyyətinə mənfi təsir göstərəcək.

"Çox güman ki dünya bazarında qiymət artımı olduğuna görə, Azərbaycanda da eyni vəziyyət müşahidə olunub. Əhalinin böyük hissəsinin daha çox istifadə etdiyi "Ai-92” markalı benzinin qiyməti artmayıb. Bu da əhalinin bütün təbəqələrinin sosial vəziyyətinə təsir göstərəcək. Yeni qiymət artımı əhalinin bəzi hissəsinə mənfi təsir göstərəcək”,- deyə F.Mustafa bildirib.

Deputat vurğulayıb ki, Azərbyacan benzin emal edən ölkədir: "Yaxşı olardı ki bizdə benzinin qiyməti əhalinin əmək haqqısına cavab verən şəkildə olsun. Ümid edək ki bundan sonra "Ai-92” markalı benzinin qiymətində artım olmayacaq. Artımlar olacaqsa, o zaman əhalinin əmək haqqısı da artırılmalıdır”.

Femida.az

Açar sözlər: #Fazil_Mustafa   #qiymət   #deputat  

Oxunub: 2785