İlham Əliyev Hindistanın dövlət başçısına başsağlığı verib


23:45     20 Avqust 2018 prezident%20is%20adamları.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində başsağlığı məktubu göndərib.

Femida.az -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Açar sözlər:

Oxunub: 253