ABŞ səfirliyinə atəş açanlar tutuldu - Türkiyədə


00:40     21 Avqust 2018 18_08_20_1534783190.jpg


ABŞ-ın Türkiyədəki səfirliyinin binasına atəş açan iki nəfər saxlanılıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ahmet Ç. və Osman G. adlı şəxslər Ankarada keçirilən xüsusi əməliyyat zamanı tutulub.
Onların üzərindən hadisə zamanı istifadə olunan silah aşkar edilərək götürülüb. Hazırda cinayətkarların dindirilmə prosesi aparılır.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər: #ABŞ   #Türkiyə  

Oxunub: 200