Bakıda 108 sərxoş sürücü aşkarlanıb
01:12 21 Avqust 2018
Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman 108 sərxoş sürücü aşkarlanıb.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov əlavə edib ki, polisin qanuni tələbini yerinə yetirməyən, yəni saxlama işarəsinə əməl etməyən 51 sürücü, işıqforun qadağanedici işarəsində hərəkət edən 907 sürücü, sərnişindaşıma qaydalarını pozan 273 sürücü, yolayrıcının keçmə qaydasını pozan 4219 sürücü aşkarlanıb.
Bölmə rəisi vurğulayıb ki, ümumilikdə ötən həftə ərzində 13 mindən artıq inzibati protokol tərtib olunub. / Trend
Femida.az
Oxunub: 256
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb