Abituriyentlərin nəzərinə: Boş plan yerləri

Abituriyentlərin nəzərinə: Boş plan yerləri


01:53     21 Avqust 2018 TELEBELER.jpg

Boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 24 avqust - 3 sentyabr tarixlərini əhatə edəcək.

Femida.az azedu.az-a istinadən tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanlar üçün qeydiyyat vaxtını təqdim edir.

Beləki, tam orta (11 illik) təhsil bazasından kolleclərə qəbul olanların 24- 30 avqust, kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi edərək qəbul olanların qeydiyyatı isə 1- 5 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 54