Ərdoğan ABŞ-a səfər edəcək


14:16     21 Avqust 2018 18_08_21_1534832242.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

Femida.az bildirir ki, səfər sentyabrın 25-də baş tutacaq.

Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.

Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.

Femida.az

Açar sözlər: #Ərdoğan   #ABŞ   #dünya  

Oxunub: 240