Müharibənin ayırdığı ana-oğul 65 il sonra qovuşdu - FOTO


15:13     21 Avqust 2018 18_08_21_1534835657.jpg

92 yaşlı Li Keum-seom Koreya müharibəsində dörd yaşlı oğlunu Şimali Koreyada qoymağa məcbur olub. 65 il sonra o, oğluna qovuşub.


Koreya müharibəsi səbəbindən 60 il əvvəl bir-birindən ayrı düşən yüzlərlə Şimali və Cənubi Koreyadan olan şəxslərin görüşü üç gün davam edəcək.

Görüş bu gün Cənubi Koreyanın Kumqanq Dağı bölgəsində başlayıb.

Görüşə gələn şəxslərdən ən qocasının 101 yaşı olub. Onların arasında o zaman dörd yaşında oğlunu və ərini Şimali Koreyada qoyan Li Keum-seom da olub. Li indi 69 yaşı olan oğlunu görən zaman göz yaşlarını saxlaya bilməyib.

“Bu günün olacağını xəyal edə bilmirdim. Oğlumun sağ olduğunu da bilmirdim”, - Li deyib. Oğlu isə həyatdan köçən atasının fotosunu anasına göstərib.

Görüş əsgərlərin nəzarəti ilə 11 saat davam edib. Bu cür görüşlərin son 18 il ərzində 20 dəfə baş tutduğu bildirilib. (oxu.az0

Açar sözlər:

Oxunub: 485