Merkellə Bakıya gəlmək istəyən alman deputat ölkəyə buraxılmadı - DETALLAR


15:44     21 Avqust 2018 2018/08/54654-1534836822_1534837600.jpg

Rəsmi Bakı Almaniya kansleri Angela Merkelin “Xristian-Demokratlar İttifaqı” partiyasının deputatı olan Albert Vayleri "qara siyahı"ya salaraq onun Azərbaycana girişinə qadağa qoyub və almaniyalı deputata viza verilməsindən imtina edib.


Femida.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” agentliyi “Bild” qəzetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini olan deputat Vayler, regiona səfəri çərçivəsində 25 avqustda Azərbaycana gələcək Almaniya kansleri Angela Merkeli müşayiət etməli idi. Lakin almaniyalı deputat Azərbaycanda persona non-qrata (arzuolunmaz şəxs) elan olunduğundan ona viza verilməyib.

Vaylerin Azərbaycana girişinə qadağa barədə qərar yüksək rəhbərlik səviyyəsində qəbul olunduğundan, hətta viza məsələsinin həlli üçün səfirliklə aparılan danışıqlar da nəticəsiz qalıb.

Qeyd edək ki, Albert Vayler 2014-cü ilin 4 avqustu və 2015-cı illin 3 mayında Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçı rejimin keçirdiyi saxta parlament seçkilərində müşahidəçi qismində iştirak edib. Bu səbəbdən də, Azərbaycana girişi qadağan olunaraq adı XİN-in "Arzuolunmaz şəxslər siyahısı"na salınıb.

Açar sözlər: #Merkel   #Almaniya  

Oxunub: 495