Ticarət obyektləri səkiləri zəbt edib - BNA-dan açıqlama
15:52 21 Avqust 2018
Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəyyən olunub ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.
F.İsmayılov bildirib ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir.
BNA rəsmisi qeyd edib ki, rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Oxunub: 398
Oxşar xəbərlər
- Ticarət obyektlərinin açılmasına icazə verildi
- Ticarət mərkəzləri açıla bilər
- Ticarət Mərkəzləri və “Mall”lar yenə bağlı qaldı
- Ticarət mərkəzləri bu qaydalar çərçivəsində işləyəcək
- Ticarət mərkəzlərində yanğın təhlükəsizliyinə əməl edilmir - FHN rəsmisi
- Ticarət mərkəzindəki yanğınla bağlı yeni məlumat
- Ticarət mərkəzində yanğın , xəsarət alan var
- Ticarət mərkəzində gecələyən qadına dövlət sahib çıxdı