XİN-dən almaniyalı deputata viza verilməsinə MÜNASİBƏT
16:58 21 Avqust 2018
"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb".
Femida.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində almaniyalı parlamentariyə Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yazılan məlumatlara münasibət bildirərkən deyib.
"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - o qeyd edib.
Qeyd edək ki, avqustun 20-də "Bild" qəzeti Almaniya XİN-in Azərbaycan səfirliyi ilə əlaqə qurduğunu və deputat Albert Vayler üçün viza alınması ilə bağlı məsələnin həllinə uğursuz cəhd göstərdiyini yazıb. O, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun üzvüdür, Almaniya hökumətinin nümayəndə heyətinin üzvlərinin siyahısında yer alıb. A.Vayler 2014 və 2016-cı illərdə işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər edib.
Xatırladaq ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
Femida.az
Oxunub: 227
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb