Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib
17:57 21 Avqust 2018
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.
Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları İnterpolla əməkdaşlıq halında Sarkisyanın axtarışını həyata keçirir.
O, qanunsuz silah, narkotik saxlama və fırıldaqçılıqla bağlı açılan cinayət işi çərçivəsində axtarışa verilib. Sarkisyan, eyni zamanda insan oğurluğunda ittiham edilir. Belə ki, ötən ilin avqustunda İrəvanda gecə klubu açmaq istəyən iş adamı zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilib. Biznesmen döyülərək bu planından imtina etməyə məcbur edilib. Həmin vaxt Sarkisyanın da kişini döydüyü və tapança ilə hədələdiyi ittihamlar arasındadır.
Oxunub: 358
Oxşar xəbərlər
- Sarkisyanın məhkəməsinin vaxtı bilinib
- Sarkisyanın qardaşı barədə həbs qərarı verildi
- Sarkisyanın qardaşını 8 il həbs gözləyir
- Sarkisyanın siyasətdən getmək fikri yoxdur
- Sarkisyanın partiyası dağılır: Karapetyan və 7 min nəfər...
- Sarkisyanın qardaşı oğlunu hakimiyyətə bu “vor zakon” satıb + VİDEO
- Sarkisyanın qardaşı oğlu Çexiyada saxlanıldı
- Sarkisyanın qardaşı oğlu 100 min dollara zaminə buraxıldı
- Sarkisyanın cangüdəni pulla azadlığa çıxdı
- Sarkisyanın qardaşı axtarışa verildi