Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib


17:57     21 Avqust 2018 2015-06-27-10-11-44serj-sarkisyan-full-640.jpg

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları İnterpolla əməkdaşlıq halında Sarkisyanın axtarışını həyata keçirir.

O, qanunsuz silah, narkotik saxlama və fırıldaqçılıqla bağlı açılan cinayət işi çərçivəsində axtarışa verilib. Sarkisyan, eyni zamanda insan oğurluğunda ittiham edilir. Belə ki, ötən ilin avqustunda İrəvanda gecə klubu açmaq istəyən iş adamı zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilib. Biznesmen döyülərək bu planından imtina etməyə məcbur edilib. Həmin vaxt Sarkisyanın da kişini döydüyü və tapança ilə hədələdiyi ittihamlar arasındadır.

Açar sözlər:

Oxunub: 356