Özbəkistanın baş naziri qəzaya düşüb


18:08     21 Avqust 2018 18_08_21_1534846160.jpg

Özbəkistanın baş naziri Abdulla Aripov qəzaya düşüb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İnsident ötən gün baş verib. “Daewoo Damas”ın sürücüsü idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxıb. Nəticədə hökumət kortejindəki “Mercedes-Benz”lə toqqquşub.

Qəza nəticəsində baş nazir yüngül xəsarət alıb. Onun müavini və prezident aparatının digər rəsmisi isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 263