Futbolçu oyun zamanı həbs edildi


18:17     21 Avqust 2018 18_08_21_1534846733.jpg

Futbol üzrə Peru Kubokunda “Yunion Kimbiri” və “Sport Xuanta” komandaları arasında oyun polis müdaxiləsi nəticəsində yarımçıq dayandırılıb.


“Report” “The Sun”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Yunion Kimbiri”in futbolçusu Sezar Montalyvonu meydanda həbs ediblər. Forvard son iki ildə başqa ad və familya ilə qeydiyyatda olmaqda günahlandırılır. Onun əslində Xose Kontreras olduğu bildirilir.

Futbolçu isə ittihamları qəbul etməyib. O, cihayətkar yox, futbolçu olduğunu deyib.

Qeyd edək ki, matç “Sport Xuanta”nın 2:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılıb.

Açar sözlər:

Oxunub: 214