Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu - Fotolar
19:28 21 Avqust 2018
Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.
Femida.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.
Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.
Heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb.
Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.
Oxunub: 326
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb
- Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Bakıda və Abşeronda Qurban bayramı yarmarkası keçiriləcək
- Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib