Rusiya “S-400”ləri Türkiyəyə verəcəyi tarixi açıqladı

Rusiya “S-400”ləri Türkiyəyə verəcəyi tarixi açıqladı


20:21     21 Avqust 2018 18_08_21_1534854121.jpg

Rusiya öz istehsalı olan təkmilləşdirilmiş "S-400" raketdən müdafiə sistemlərini Türkiyəyə 2019-cu ildə təhvil verəcək.


Femida.az xəbər verir ki, Azvision.az bu barədə “İnterfax” agentliyi Rusiyanın hərbi texnika istehsalı və ixracı ilə məşğul olan “Rosoboroneksport” dövlət şirkətinə istinadən məlumat yayıb.
“Rosoboroneksport”dan bildirilib ki, xarici ticarət tərəfdaşları ilə apardıqları maliyyə əməliyyatlarında dollardan imtina edərək milli valyutalarla ödənişə keçəcəklər.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib. Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər.

Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.

Açar sözlər:

Oxunub: 21