82 yaşlı atasını döydü


00:12     22 Avqust 2018 dava.jpg

Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb.

Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin Betonzavod ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 273