Pul və qızıl oğrusu saxlanılıb
15:40 23 Avqust 2018
Evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Şabran rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.
Dindirilmə zamanı M.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib. Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub. M.Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz satıb, digər qismi isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı M.Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- Pulsuz hüquqi yardımla bağlı qanun layihəsi hazırlanıb
- Pulsuz hüquqi yardım həftəliyi keçirilir
- Pulsuz dərmanla təmin edilən xəstələr üçün - VACİB MƏLUMAT
- Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü? - RƏSMİ
- Pul bağışlanması hansı qaydada rəsmiləşdirilə bilər?
- Pul "paylayan" aparat insanlara fantastik faiz hesablayır — Vəkil yaranacaq məsuliyyətdən danışdı
- Pul ödəmədiyinə görə vərəm xəstəsinə yardım göstərilməyib? - Nazirlik AÇIQLADI
- Pulsuz çimərlikdə pul tələb olunarsa, vətəndaş - NƏ ETMƏLİDİR?
- Pulsuz hüquqi yardım göstəriləcək - Cənub bölgəsində yaşayanların DİQQƏTİNƏ!
- Pul qabından marixuana çıxdı