Dövlət qulluğuna qəbul olanların müsahibə nəticələri açıqlandı


22:48     23 Avqust 2018 18_08_23_1535032150.jpg


11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə günlük yekun məlumat açıqlanıb.



Femida.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar tarixindən elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 14 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 101 müsahibədən 62-si baş tutub, 39 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 15-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Qeyd edək ki, DİM namizədlərin müsahibədə iştirak etməmələrini namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə etdiyini və belə halların DİM-in məlumat bazasında qeydiyyata alındığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 232